Şəhid ailələrinə və müharibə əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib

Şəhid ailələrinə və müharibə əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib
24.12.2023 13:22
Aa
dəq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təqdim edib.

Tədbirdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edilib. İmtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlandığı və ötən dövrdə uğurla davam etdirildiyi bildirilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının 5 dəfə genişləndiyi vurğulanıb.

Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1300, postmüharibə dövründə 5 min 800, ümumilikdə ötən dövrdə 14 min 600 mənzil və fərdi ev verilib.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu