Azərbaycanın Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri Şahin Şakir oğlu Abdullayev vəzifəsindən geri çağırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.