Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov Koreya Parlamentinin üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Byung-Soo Suh ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Koreyadakı səfirliyi “Twitter“də yazıb.
Səfirlik qeyd edib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.