Operativ Məlumat Mərkəzi

Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

1 dəq
Paylaş:
Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik...

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər