Əsas məzmuna keç

Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik...

Respublikasında dövlət səfərində olan Respublikasının Prezidenti və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Öndərin abidəsi önünə əklil qoyub.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…