Əsas məzmuna keç

Şavkat Mirziyoyev Füzulidəki Mirzə Uluqbəy adına məktəbin şagirdlərini ildə iki dəfə Özbəkistana səfərə dəvət edib

Şavkat Mirziyoyev Füzulidəki Mirzə Uluqbəy adına məktəbin şagirdlərini ildə iki dəfə Özbəkistana səfərə dəvət edib

bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş zamanı...

"Füzulidə inşa olunan Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş zamanı deyib.

"Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram. Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız , əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Sağ və salamat qalın", - deyə bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…