Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkə ərazisinə yönəlmiş bir neçə dronu məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, martın 13-də hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi və şərq bölgələrində, həmçinin Əl-Xarci əyalətində və paytaxt Ər-Riyadın qərb hissəsində səkkiz dronu vuraraq məhv edib.
Nazirlik daha əvvəl də bir sıra hücumlar zamanı daha 14 dronun ələ keçirilərək zərərsizləşdirildiyini açıqlamışdı.