Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, cinayət işinin materiallarına əsasən, onlar əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəb binasının digər şəxslər tərəfindən özəlləşdirilməsi üçün yardım ediblər.
Xatırladaq ki, Aşotyan 16 iyunda 2 ay müddətinə həbs edilib.
Aşotyan təhsil naziri olarkən tibb universiteti üçün satınalmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.
Xatırladaq ki, Ermənistan Respublikaçılar Partiyasının sədri sabiq prezident Serj Sarkisyandır.