Operativ Məlumat Mərkəzi

Samuxda yol kənarında silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Samuxda yol kənarında silah-sursat aşkarlanıb
Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional...

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan ""Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər