Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Samir Nuriyev: Qarabağdakı bərpa işləri yeni mərhələni əks etdirir

2 dəq
Paylaş:
Samir Nuriyev: Qarabağdakı bərpa işləri yeni mərhələni əks etdirir

və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq konsepsiyalarının müəyyən strateji xəttin müasir mərhələsini əks etdirir. Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonra şəhərsalmada modelinin formalaşdığını deməyə əsas verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində bildirilib.

Qeyd edilib ki, yeni model praktikada münaqişədən sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. “Həqiqətən də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda, Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi qiymətləndirilə bilər”, - deyə məqalədə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax