Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu

Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu
26.03.2024 19:57
Aa
dəq

Martın 22-də İngiltərə ilə keçirilən oyundan (1:5) sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Ukraynaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis Ukraynada həmişə güclü oyunçuların yetişdiyini söyləyib: "Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Aşağı yaş qruplarından ibarət yığmaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".

Əliyev görüş ərzində real qol imkanlarının olduğunu vurğulayıb: "Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu