Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə bir araya gəlib

2 dəq
Paylaş:
Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə bir araya gəlib

Milli Məclisin və ictimaiyyətlə şöbəsindən verilən məlumata görə, iyunun 2-də Serbiyada səfərdə olan parlament sədri bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.

Görüş zamanı Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycanın Serbiya üçün dost və müttəfiq dövlət olduğunu vurğulayaraq, ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini bildirib.

Sahibə Qafarova öz növbəsində Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu kimi tədbirlərin aktual problemlərin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.

Spiker, həmçinin iki dost və strateji tərəfdaş ölkə arasında ali səviyyəli səfərlərin roluna toxunaraq, İlham Əliyev və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, eləcə də bu çərçivədə imzalanan sənədlərin əməkdaşlığın inkişafındakı önəmini vurğulayıb.

Tərəflər görüşdə parlamentlərarası əlaqələrə dair qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax