Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda erməni həmkarı Alen Simonyanla görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində spikerlər ayaqüstü qısa söhbət ediblər.