Əsas məzmuna keç

Şahruddinin klubunda 4 aylıq maaş problemi

Şahruddinin klubunda 4 aylıq maaş problemi

klubda növbəti dəfə maddi problemlərin yarandığı iddia edilib. Bu dəfə komandanın futbolçularından M’Bay Nyang 4 aydır maaş almadığını, bu durumun onun...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubu “Adana ”la bağlı yeni iddialar yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, klubda növbəti dəfə maddi problemlərin yarandığı iddia edilib. Bu dəfə komandanın futbolçularından M’Bay Nyang 4 aydır maaş almadığını, bu durumun onun oyununa təsir etdiyini bildirib.

Fransanın Liqa-1 təmsilçisi “Nitsa”nın gündəmində olan seneqallı ulduz oyunçu “L’Equipe” nəşrinə müsahibəsində deyib: “Bir az gecikmə normal qarşılana bilər. Amma artıq 4 aydır maaş almıram. Komandadan getmək . Rəhbərliyə də bu haqda bildirmişəm və öz tərəfimdən işlərə başlamışam. Fransaya dönmək istəyirəm. Mənim üçün öncə ora gəlir”.

“Adana Dəmirspor”un prezidenti Murat Sancak isə X hesabından Nyanqa cavab verib: “Yalan danışırsan, bir avro belə alacağın yoxdur. Olsaydı müqaviləni ləğv edib gedə bilərdin. Başqa kluba keçmək istədiyini söyləyəndə, “təzminatı gətir, sonra get” dedik”.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, klubdakı maaş problemi səbəbindən bəzi futbolçularla müqavilələr ləğv edilib. Artıq Yunes Belhanda və Kevin Rodriqeslə yolların ayrıldığı elan edilib.

Bundan başqa, icarə qaydasında “Adana Dəmirspor”da çıxış etmiş və bu yaxınlarda klubdan ayrılan Henri Onyekuru klub prezidentini ittiham edib və onu futbolçuların maaşını verməməkdə günahlanlandırıb. Murat Sancak isə Onyekurunun “Qalatasaray”la oyundan sonrakı hərəkəti səbəbindən klubdan göndərildiyini, ona borclu olmadıqlarını deyib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrında “”dan “Adana Dəmirspor”a keçib. O, bu klubla 2 illik müqavilə imzalayıb.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…