Şahmat üzrə Dünya Kubokunun bütün qalibləri - SİYAHI

Şahmat üzrə Dünya Kubokunun bütün qalibləri - SİYAHI
22.08.2023 13:16
Aa
dəq

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən şahmat üzrə 10-cu Dünya Kuboku yekunlaşmaq üzrədir. Artıq qadınlar arasında qaliblər məlumdur. Belə ki, FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub. Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.

Bu gün isə kişilərin medal mübarizəsinə start veriləcək. Finalda Praqqnanandxaya ilə (Hindistan) norveçli zəka sahibi Maqnus Karlsen qarşılaşacaq. Üçüncü yer uğrunda isə azərbaycanlı qrossmeyster Nicat Abasovla Fabiano Karuana (ABŞ) üz-üzə gələcək. Qalib avqustun 24-də müəyyənləşəcək.

Bəs bundan əvvəl 9 dəfə keçirilən Dünya Kubokunun qalibləri arasında kimlər var?

"Operativ Məlumat Mərkəzi-OMM" Dünya Kubokunu qazanmış şəxslərin adını təqdim edir:

Qeyd etmək lazımdır ki, qaliblər arasında azərbaycanlı zəka sahibi, qrossmeyster Teymur Rəcəbov da var. Belə ki, təmsilçimiz 2019-cu ildə keçirilən Dünya Kubokunda ən güclü olamağı bacarıb.

Dünya Kubokunun qaliblərinin siyahısı:

2005-ci il: Levon Aronyan (Ermənistan) 
       
2007-ci il: Qata Kamskiy (ABŞ)
                 
2009-cu il :Boris Qelfand (İsrail)
                
2011-ci il: Petr Svidler (Rusiya)
                 
2013-ci il: Vladimir Kramnik (Rusiya)
                 
2015-ci il: Sergey Karyakin (Rusiya)
                 
2017-ci il: Levon Aronyan (Ermənistan) 
                
2019-cu il: Teymur Rəcəbov (Azərbaycan)
                 
2021-ci il: Yan-Kşıştof Duda (Polşa)

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu