Operativ Məlumat Mərkəzi

Şahmat üzrə 17-ci dünya çempionu bəlli olub

1 dəq
Paylaş:
Şahmat üzrə 17-ci dünya çempionu bəlli olub
çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini...

Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.

Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər