Əsas məzmuna keç

Sahibə Qafarovanın İrlandiyaya səfəri başlayıb

Sahibə Qafarovanın İrlandiyaya səfəri başlayıb

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak...

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə səfərə gedib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Milli Məclisin xidmətindən bildirilib.

Dublin hava limanında nümayəndə heyətini Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…