Əsas məzmuna keç

Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir

Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə rəsmi...

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə iyunun 19-da Avstriya Respublikasının paytaxtı şəhərinə rəsmi səfərə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Vyana Beynəlxalq hava limanında nümayəndə heyətini Avstriya parlamentinin Protokol İdarəsinin rəisi Eva Russek, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…