Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib

Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib
29.06.2023 14:38
Aa
dəq

Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov məlumat verib.

O bildirib ki, hesabatda göstərilən 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər toplam zərərdir.

"Bu, nəğd zərər deyil, orada vergilər və digər xərclər var. Qeyd edim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir.
İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir.

Həmçinin, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon, yəni 235 faiz daha artıq olub. O cümlədən 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi.

İldən-ilə gəlirlər artır və dövlətdən asılılıq azalır. Biz zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq".

Həftənin ən çox oxunanları

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb
DAVAMIN OXU davamın oxu

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub
DAVAMIN OXU davamın oxu