Şahbazov rumıniyalı həmkarı ilə görüşüb

Şahbazov rumıniyalı həmkarı ilə görüşüb
01.04.2024 19:43
Aa
dəq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan rumıniyalı həmkarı Sebastiyan İoan Burduja ilə görüşüb.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Hökumətlərarası Komissiya çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlıq əsasında münasibətləri inkişaf etdirən dost ölkələr olduğu vurğulanıb. Əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində “yaşıl enerji dəhlizi” layihəsinə Rumıniyanın dəstəyi yüksək qiymətləndirilib. Bu dəhliz üzrə Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi və Ümumi və ya Ortaq Maraqlar Layihəsi (PCIs/PMIs) statusuna müraciət istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin icra prosesinin sürətləndirilməsi ilə bağlı səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.

Həftənin ən çox oxunanları

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Qazaxıstan Rusiya neftinin Çinə nəqli ilə bağlı müqavilənin müddətini uzadıb

Qazaxıstan Rusiya neftinin Çinə nəqli ilə bağlı müqavilənin müddətini uzadıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla “ACWA Power” arasında yeni investisiya müqaviləsi təsdiqlənib

Azərbaycanla “ACWA Power” arasında yeni investisiya müqaviləsi təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq

Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu