Əsas məzmuna keç

Şahbaz Şərif: İran və ABŞ atəşkəs barədə razılığa gəlib

Şahbaz Şərif: İran və ABŞ atəşkəs barədə razılığa gəlib

Pakistan rəhbəri Livan və digər ərazilərdə sülh üçün Tehran və Vaşinqtonun anlaşdığını bildirdi. Apreldəki İslamabad Danışıqları və sazişin detalları xəbərimizdə.

en ru

İran ilə və onların müttəfiqləri barədə razılığa gəliblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz "X" hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər", - o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir.

"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".

Ş. Şərif qeyd edib ki, "İslamabad Danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…