Şahbaz Şərif: Hindistan terrorçuluqla mübarizədə, həqiqətən, səmimi dialoq istəyirsə, biz bunu müzakirə etməyə hazırıq

Şahbaz Şərif: Hindistan terrorçuluqla mübarizədə, həqiqətən, səmimi dialoq istəyirsə, biz bunu müzakirə etməyə hazırıq
28.05.2025 14:57
Aa
dəq

“Hindistan terrorçuluqla mübarizədə, həqiqətən də, səmimi dialoqa hazırdırsa, biz bu məsələdə müzakirə aparmağa hazırıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.

“Ancaq qeyd etmək lazımdır ki, biz terrorçuluğun qurbanıyıq. Son onilliklər ərzində biz 90 min vətəndaşımızı terrorçuluğa qurban vermişik, bizə 150 milyard dollar həcmində iqtisadi ziyan dəyib. Ona görə də bu bizim öhdəliyimiz və niyyətimizdir ki, terrorun kökünü birdəfəlik kəsək. Bir daha deyirəm ki, Hindistan buna hazırdırsa, Pakistan bunu, eyni zamanda ticarətin təşviqini müzakirə edə bilər. Mən bu məsələlərdə bizə dəstək göstərəcəyinizə ümid edirəm”, - deyə Baş nazir vurğulayıb.

Həftənin ən çox oxunanları