Əsas məzmuna keç

Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın...

İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfərə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.

Qeyd edilib ki, Şahbaz Şərif iki günlük rəsmi səfəri üçün İslamabaddan Azərbaycana yola düşüb.

O, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…