Əsas məzmuna keç

Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndində yerləşən fərdi...

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli 4 nəfər saxlanılıb.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalarla onlardan birinin həmin kəndin sakini Əliyev, İmişli rayon sakinləri - Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…