Əsas məzmuna keç

Sabahın havası açıqlandı - 03.03.2024

Sabahın havası açıqlandı - 03.03.2024

Martın dördündə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata...

Martın dördündə Azərbaycanda gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı, yüksək ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…