Sabahdan-noyabrın 2-dən Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlayır.
"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirə olunacaq.
Noyabrın 6-da isə büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.