“Sabah” və “Neftçi”nin futbolçusu cəzalandırılıb

“Sabah” və “Neftçi”nin futbolçusu cəzalandırılıb
31.08.2023 13:35
Aa
dəq

“Sabah” və “Neftçi”nin futbolçusu cəzalandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Amin Seydiyev və Rza Cəfərovun cəza müddəti açıqlanıb.

Premyer Liqanın “Zirə”yə qarşı keçirilən IV turunun oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Amin Seydiyev komandasının qarşıdakı 2 matçını buraxacaq. “Qəbələ” ilə qarşılaşmada rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Neftçi”nin qapıçısı Rza Cəfərov isə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. “Sabah” 1500, “Neftçi” isə 800 manat cərimələnib.

“Neftçi” – “Qəbələ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Bakı klubunu daha 800 manat ziyana salıb.

“Qarabağ” – “Kəpəz” oyununda da eyni hal yaşanıb. Bu, ağdamlıların 800 manat cərimələnməsinə səbəb olub.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu