Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah”la “Borussiya Dortmund” arasında keçirilən matçın tamaşaçı sayı açıqlanıb.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı tribunadan 47 221 azarkeş izləyib. Oyundan əvvəl verilən məlumata görə, onların 1 800-ü Dortmund təmsilçisinin azarkeşi olub.
Ümumi tutumu 69 870 nəfər olan arenada tribunalar matç zamanı təxminən 67,6 faiz dolub.
Oktyabrın 20-də keçirilən görüş “Borussiya Dortmund”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.