Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcə son ölkə çempionu "Sabah" Premyer Liqanın hazırkı lideri "Zirə" ilə qarşılaşacaq.
Cari mövsüm məğlub olmayan komandaların dueli "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Neftçi" debütant "Şəfa"nı sınağa çəkəcək. Hər iki kollektiv ötən tur minimal hesablı məğlubiyyətin acısını yaşayıblar.
Saat 20:30-da başlayacaq matç "Palms Sports Arena"da təşkil olunacaq.
Bu gün meydana çıxacaq komandalardan "Zirə" 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xalı olan "Neftçi" ikinci, eyni xala malik "Sabah" dördüncüdür. "Şəfa" isə 3 xalla doqquzuncu sırada qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
5 sentyabr
18:30. "Sabah" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bank Respublika Arena"
20:30. "Neftçi" – "Şəfa"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
"Palms Sports Arena"
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.