Əsas məzmuna keç

Saatlıda çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən tunellər aşkarlanıb

Saatlıda çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən tunellər aşkarlanıb

Saatlı rayonunun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rüstəm Əliverdiyev...

Saatlı rayonunun Genişkənd kəndinin ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rüstəm Əliverdiyev saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…