S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”

S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”
10.06.2023 14:06
Aa
dəq

“Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində Azərbaycanda təbii qaz hasilatı 2026-cı ilə qədər ümumilikdə 7% artacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, neftdən fərqli olaraq, Azərbaycanda qaz sektorunun perspektivləri daha əlverişlidir.

“Yeni “Şahdəniz-2” qaz yatağında hasilata 2018-ci ildə başlanılıb, qazın müvafiq olaraq Türkiyə və Avropaya nəql edildiyi iki əlaqəli boru kəməri - Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri uyğun olaraq 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hesablamalarımıza görə, 2017-2022-ci illər arasında Azərbaycanın qaz hasilatı 90% artaraq 34 milyard kubmetrə çatıb. Bununla belə, hasilatdakı bu son artımla belə, biz qaz ixracının Azərbaycan iqtisadiyyatında neftlə müqayisədə nisbətən cüzi rol oynayacağını gözləyirik və bu, çətin ki, neft hasilatındakı azalmanı tam kompensasiya edə bilsin. Həmçinin qeyd edirik ki, Avropa qazının qiymətləri 2022-ci ilin II yarısında müşahidə olunan yüksək göstəricilərdən sonra əhəmiyyətli dərəcədə aşağı düşüb”, - agentlik qeyd edir.

“S&P" analitiklərinin fikrincə, Cənubi Qafqazın əsas qaz kəməri tam gücü ilə işləyir, ona görə də gələcəkdə istənilən əlavə xalis qaz ixracı, o cümlədən Avropaya ixrac boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək.

“Azərbaycan OPEC+ ölkələri qrupunun üzvü olaraq qalır və buna görə də 2024-cü il üçün gündəlik 0,55 milyon barel xam neft hasilatı üzrə ən son kvotaya tabedir. Bununla belə, onun faktiki xam neft hasilatı (OPEC+ kvotasının tətbiq olunmadığı mayeləşdirilmiş təbii qaz istisna olmaqla) struktur hasilat məhdudiyyətləri səbəbindən indiyədək 2023-cü ildə gündəlik orta hesabla 0,52 milyon barel təşkil edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu