Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rutte: Sülh sazişindən dərhal sonra NATO qüvvələri Ukraynaya yerləşdiriləcək

2 dəq
Paylaş:
Rutte: Sülh sazişindən dərhal sonra NATO qüvvələri Ukraynaya yerləşdiriləcək

Sülh sazişi imzalandıqdan dərhal sonra yardım göstərməyə razılıq verən NATO ölkələrinin silahlı qüvvələri, hava-desant vasitələri və dəniz Ukraynaya yerləşdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu açıqlama ilə NATO-nun Mark Rutte çıxış edib.

Onun sözlərinə görə, sülh müqaviləsi qüvvəyə minən kimi NATO üzvü olan və prosesə qoşulmağa hazır ölkələrin hərbi qüvvələri operativ şəkildə bölgədə mövcud olacaq:

“Digər NATO üzvləri də alternativ mexanizmlər vasitəsilə töhfə verəcəklər. Bu müharibəyə son qoymaq çətin və məsuliyyətli qərarlar tələb edir. Ukrayna bilməlidir ki, edilən hər bir fədakarlıq, hər itirilmiş həyat və yaşanan hər sınaq təkrarlanmayacaq. Sülh uzunmüddətli olacaq və aparıcı dövlətlərin dəstəyi ilə möhkəmləndiriləcək”.

Rutte bildirib ki, məqsəd təkcə müharibəni dayandırmaq deyil, həm də davamlı sülhü təmin etməkdir:

“Biz gələcəyi düşünürük. Güclü silahlı qüvvələrlə yanaşı, Ukraynanın müttəfiqlərinin də möhkəm dəstəyinə ehtiyac var. ABŞ, Avropa ölkələri və Kanada müəyyən zəmanətləri verməyə hazır olduqlarını bildiriblər”.

NATO baş katibi əlavə edib ki, könüllü ölkələrdən ibarət koalisiya bu zəmanətlərinin hazırlanması istiqamətində irəliləyiş əldə edib:

“Xüsusilə ötən ay Parisdə keçirilən görüşdə bu prosesdə ciddi addımlar atılıb və Volodimir Zelenski də bu barədə məlumat verib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax