Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan çıxarılan rusiyalı işçilər Ermənistandan xüsusi reyslə Rusiyaya yola salındı

1 dəq
Paylaş:
İrandan çıxarılan rusiyalı işçilər Ermənistandan xüsusi reyslə Rusiyaya yola salındı

İranın Buşehr Atom Elektrik Stansiyasından təxliyə olunan 175 rusiyalı işçi Yerevandan Moskvaya xüsusi reyslə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

nümayəndəlikdən bildirilib ki, aprelin 6-da Buşehr Atom Elektrik Stansiyasının təxliyə edilən işçilərindən ibarət daha bir qrup İrandan - sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olub və onların tərkibində olan 175 Rusiya vətəndaşı xüsusi reyslə Yerevandan Moskvaya göndərilib.

Səfirlik həmçinin Dövlət Korporasiyası əməkdaşlarının operativ qeydiyyatına və göstərilən diqqətə görə hakimiyyətinə təşəkkürünü ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax