Tehrandakı Rus Pravoslav Kilsəsinin (ROC) Müqəddəs Nikolay Katedrali İran paytaxtındakı keçmiş ABŞ səfirliyinin binasına edilən hava hücumları nəticəsində zərər görüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS-a kafedralın ruhanisi Hegumen Varlaam (Dulski) məlumat verib.
Aprelin 1-də İranın "Mehr" xəbər agentliyi Amerika hərbçilərinin İran paytaxtındakı keçmiş ABŞ diplomatik nümayəndəliyinin binasına zərbə endirdiyini bildirib.
Məlumata görə, kilsənin giriş qapıları və pəncərələri zədələnib, kafedral ərazisindəki bəzi yardımçı tikililərin tavanları dağılıb.
Ən azı iki raket Müqəddəs Nikolay Katedralından 150 metr aralıda yerləşən keçmiş ABŞ səfirliyinin ərazisinə düşüb.