"Rusiya-Ukrayna nizamlanması üçün üçtərəfli danışıqlar prosesi müvəqqəti olaraq dayandırılıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, danışıqlar prosesi müvəqqəti olaraq dayandırılıb:
"ABŞ-nin görəcəyi bir çox başqa işlər var. Buna görə də, hazırda üçtərəfli formatda görüşmək çətindir. Eyni zamanda, ukraynalılar amerikalılarla danışıqları davam etdirirlər. Biz həmçinin mövcud kanallarımız vasitəsilə ABŞ ilə məlumat mübadiləsi aparmağa davam edirik".