Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pavel Durov beynəlxalq axtarışa verildi

2 dəq
Paylaş:
Pavel Durov beynəlxalq axtarışa verildi

Rusiya Federal Xidməti (FSB) ""ın qurucusu və baş icraçı direktoru Pavel Durovun "terror fəaliyyətinə yardım" ittihamı ilə istintaqa cəlb olunduğunu və onun barəsində axtarış elan edildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Telegram" rəhbərliyi Rusiyada terror və təxribat aktlarının əlaqələndirilməsi üçün istifadə olunduğu bildirilən kanal və botları silməyib.

Qurumun iddiasına əsasən, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist qruplar platformadakı çoxsaylı kanal, çat qrupları və botlardan Rusiyada terror aktları, təxribatlar, kütləvi qətllər və kiberdələduzluq fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək üçün istifadə ediblər.

Vurğulanıb ki, bu səbəbdən Pavel Durova qarşı "terror fəaliyyətinə yardım" maddəsi ilə başlanılıb və onun barəsində axtarış qərarı çıxarılıb.

Qeyd edək ki, Rusiya bir müddət əvvəl "Telegram"a girişi məhdudlaşdırıb və şirkəti ümumi məbləği 100 milyon rubldan çox olan cərimələrlə də cəzalandırıb.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, "Telegram"ın Rusiyada yenidən tam fəaliyyət göstərməsi ilə bağlı danışıqlar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax