Əsas məzmuna keç

Rusiyaya göndərilən partlayıcı qurğular Gürcüstanda aşkar edilib

Rusiyaya göndərilən partlayıcı qurğular Gürcüstanda aşkar edilib

Gürcüstanda 14 partlayıcı qurğunun Rusiyaya aparılmasının qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Xidməti yayıb.

Məlumata görə, partlayıcı qurğuları daşıyan minik avtomobili Gürcüstana Rumıniya, Bolqarıstan və Türkiyə əraizisindən keçməklə Ukraynadan hərəkət edib. ərazisi vasitəsilə Rusiyaya partlayıcı qurğuların daşınmasında Gürcüstan, vətəndaşları iştirak edib. Ümumilikdə isə prosesin Ukrayna tərəfindən təşkil edildiyi bildirilir. Odessadan yola çıxan yükün təyinat nöqtəsinin Rusiyanın Voronej şəhərinin olduğu qeyd edilib.

Gürcüstanın xüsusi xidmət orqanları həmin partlayıcı qurğularla nəinki Rusiyada, Gürcüstanın bölgələrində də terror aktlarının törədilə biləcəyini istisna etməyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…