Rusiyanın Ukraynaya hərbi müdaxiləsi illik 67 milyard dollara başa gəlir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Economist” jurnalı məqalə dərc edib.
Sözügedən jurnal Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin illik xərclərini dərc edərək bildirib ki, Ukraynadakı müharibənin Rusiya üçün illik xərclər 5 trilyon rubl, yəni 67 milyard dollardır.
Jurnal bu rəqəmin Rusiya iqtisadiyyatının ümumdaxili məhsulunun 3 %-nə bərabər olduğu qənaətinə gəlib.