Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlayandan bəri ölən rusiyalı əsgərlərin sayı 249 110-a çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “RBK Ukraina”ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 620 rus əsgərini və 30-dan çox artilleriya sistemini məhv edib.
Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 32 artilleriya sistemi, 12 pilotsuz uçuş aparatı, 30 nəqliyyat vasitəsi və 6 ədəd xüsusi texnika sıradan çıxarılıb.