Operativ Məlumat Mərkəzi

Rusiyanın Ukraynadakı itkilərinin sayı 236 040 nəfərə çatıb

1 dəq
Paylaş:
Rusiyanın Ukraynadakı itkilərinin sayı  236 040 nəfərə çatıb

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 510 hərbçisini itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 236 040 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 2 tank, 9 zirehli döyüş maşını, 27 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər