Əsas məzmuna keç

Rusiyanın tanınmış kosmonavtı vəfat edib

Rusiyanın tanınmış kosmonavtı vəfat edib

bu barədə Yuri Qaqarin adına Kosmonavtların Tədrisi Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Viktorenko 76 yaşında vəfat edib. O, 1947-ci ilin 29 mart...

Tanınmış və rus kosmonavtı Aleksandr Viktorenko vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qaqarin adına Kosmonavtların Tədrisi Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Viktorenko 76 yaşında vəfat edib. O, 1947-ci ilin 29 mart tarixində anadan olub.

Viktorenko “Mir” orbital stansiyasına dörd dəfə uçuş edib və 489 gün kosmosda olub.

Aleksandr Viktorenko Sovet İttifaqı Qəhrəmanının “Qızıl Ulduz” medalı və “Lenin” , “Oktyabr İnqilabı” ordeni, “Xalqlar Dostluğu” ordeni, III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə və əlavə 8 medalla təltif edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #ordeni#yuri#sovet
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…