Operativ Məlumat Mərkəzi

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

1 dəq
Paylaş:
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
bu barədə Estoniya XİN-in yaydığı bəyanatda deyilir. “Estoniyanın Baş naziri Kaja Kallas və dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah...

Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Baş naziri Kaja Kallasın axtarışa verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Estoniya XİN-in yaydığı bəyanatda deyilir.

“Estoniyanın Baş naziri Kaja Kallas və dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah etməsi üçün Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə qurumun sosial media hesabında yazılıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniya və Litvanın bir sıra məmurlarını axtarışa verib. Lakin onların hansı cinayət maddəsi ilə axtarıldığı bildirilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər