Operativ Məlumat Mərkəzi

Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

2 dəq
Paylaş:
Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb. “Mülki təyyarələrin...

Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vilayətində üç hava limanının - Vnukovo, Domodedovo və Jukovskinin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib.

Bildirilib ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Qeyd edilib ki, hava qüvvələri ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir.

Bundan əlavə, Rosaviasiya Kazan hava limanının fəaliyyətinin də məhdudlaşdırıldığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər