Əsas məzmuna keç

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit daşımalar davam edir

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit daşımalar davam edir

Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə ümumi çəkisi 557 ton olan buğda və gübrə yüklü vaqonlar yola salınıb.

en ru

" Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, Biləcəri stansiyasından Böyük istiqamətinə 4 vaqondan ibarət 280 ton və 4 vaqondan ibarət 277 ton göndərilib.

Qeyd edək ki, bu marşrut üzrə indiyədək aşağıdakı həcmdə yüklərin daşınması təmin edilib:

  • Taxıl: 28 min tondan çox
  • Gübrə: 4 min tondan çox
  • Alüminium: 133 ton
  • Qarabaşaq: 68 ton

Bundan əlavə, tranzit yüklərlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da icra olunur. İndiyədək qonşu ölkəyə 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…