Operativ Məlumat Mərkəzi

Rusiyada zəlzələ olub

1 dəq
Paylaş:
Rusiyada zəlzələ olub
bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin regional qərargahının...

Rusiyanın İrkutsk vilayətində 5,1 maqnitudada zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub.

Qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər