Sankt-Peterburqda Rusiyanın “Novatek” enerji şirkətinin neft emalı zavodunda partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yanğının nəzarət altına alındığı, xəsarət alan olmadığı açıqlanıb. Rusiya yerli mediası yanğının səbəbinin hələlik məlum olmadığını, lakin neft emalı zavodunun ətrafında PUA-ların göründüyünü yazıb.