Əsas məzmuna keç

Rusiya XİN: Qərbin Cənubi Qafqazdakı gündəliyi region ölkələrinin maraqlarına uyğun deyil

Rusiya XİN: Qərbin Cənubi Qafqazdakı gündəliyi region ölkələrinin maraqlarına uyğun deyil

bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən “RİA Novosti”yə...

Qərbin Qafqazdakı gündəliyi heç də həmişə ölkələrinin maraqlarına uyğun gəlmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən “RİA Novosti”yə söyləyib.

“Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, – Qaluzin bildirib.

Diplomatın fikrincə, bölgədə təhlükəsizliyin effektivliyini “ region dövlətlərinin səyləri ilə təmin etmək olar”.

“Biz inanırıq ki, regional təhlükəsizliyi ən səmərəli şəkildə müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar, biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”, – Qaluzin deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…