Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər Nazirliyi bu addımı açıq şəkildə ikitərəfli münasibətlərə düzəlməz zərər vuran siyasi motivli hərəkət kimi qiymətləndirdiklərini vurğulayıb.
Britaniyalı diplomata həmçinin məlumat verilib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin müdafiə attaşesinin qərarına cavab olaraq “persona non-qrata” elan edilib.
O, bir həftə ərzində Rusiyanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin reaksiyasının bu tədbirlə məhdud olmadığı vurğulanıb.