"ABŞ Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov məlumat yayıb.
Belə ki, Lavrov Rusiyanın paytaxtı Moskvaya səfər edən Şimali Koreya xarici işlər naziri Ço Son-hui ilə görüşüb. Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov Koreya yarımadasında və ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını vurğulayıb.
"ABŞ və ABŞ-ni izləyən ölkələrin regionda Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaratmaq siyasəti müsbət irəliləyişin qarşısını alır. Biz onları gərginliyin artmasına səbəb olan istənilən addımdan əl çəkməyə çağırırıq", - deyə qeyd edib.
Asiya-Sakit Okean bölgəsindəki vəziyyətə də toxunan Lavrov, "ABŞ və müttəfiqləri NATO-nun bu bölgədəki infrastrukturunu gücləndirməyə çalışırlar", - deyə vurğulayıb.