Rusiya və İran ABŞ sanksiyalarının aradan qaldırılmasına kömək edəcək bəyannamə imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Bu yaxınlarda birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinin qarşısının alınması, yumşaldılması və kompensasiya edilməsi yolları və vasitələri haqqında bəyannamə imzalanıb.
Şübhəsiz ki, bu, ABŞ və müttəfiqlərinin diplomatiya əvəzinə bundan istifadə edərək tətbiq etdiyi qeyri-qanuni sanksiyaları aradan qaldırmaq üçün qlobal birlik üzvlərinin səylərinin artırılması istiqamətində mühüm addımdır.
Həmçinin Lavrov bildirib ki, danışıqlar ikitərəfli aktual və regional məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün istifadə olunacaq.